Dağıldı getdi, vay, dədə, əcəb, cəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?

Alardı dolmanın canın, hücum edərdi ehsana,Əyərdi dizlərin yerə, vurardı od fisincana,Şişib dönərdi peysəri yonulmamış dəyirmana,Bilərdi onda qiymətin bütün əhali mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?

Görəndə əsrin indiki uşaqların canım yanır,Böyüklər heç, cəhənnəmə, olarla kim maraqlanır?Nə bir ədəb bilir bular, nə də böyük-kiçik qanır.Ağarmasın da, neyləsin, yalı, kübalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?

Hanı o kənddə sürdüyüm zamanlarım, gözəl çağım,Dükanlarım, dəyirmanım, evim, yerim, beş-on bağım?Alındı var-yoxum bütün, bilindi hər fırıldağım,Tamam verildi kolxoza halalca malı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?

Azından əlli kolxoza bu illəri soxulmuşam,Birində bircə yol gedib, bir ay müəllim olmuşam,Qərəz ki, hansı kolxoza yan almışam, qovulmuşam,Bəlası bir qutarmadı başı bəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира