Kimdə vardır, gözəlim, səndə olan cazibələrSənə dünyada məgər aşiq olan də qəm elər?

Bəsdir, öldürməyəcəksən, gözəlim, dünyanı,Hər üzü göyçək olan da bu qədər çəm-xəm elər?!

Qaş-göz atma mənə, biganə paxıllıqdan ölür,Az qalır, bağrına girsin o əyilmiş qəmələr.

İncimə, göz yaşı axsa, səni gördükdə, gülüm,Gül göründükdə bahar fəsli bulud şəbnəm elər.

Nazü qəmzən, yerişin, şux baxışın aləmdir,Bir də zülfün üzə töksən, o da bir aləm elər!

Heyfsən, gəzmə, yaraşmaz sənə, biganə ilə,O açıb sirrini dünyaya, səni məhrəm elər.

Vahidəm, ömrümü mən eşqlə sərf eyləmişəm,Eşq ya öldürər axır məni, ya adəm elər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви