O incə, nazlı baxışlar, o atəşin gözlər,Həzin-həzin nə baxır, sanki aşiqin gözlər.

Sənin kimi, gözəlim, nazənin gözəl çoxdur,Ki, yoxdur heç birisində, bu nazənin gözlər!

Sənin o gözlərini bircə yol görən aşiq,İnan ki, söyləyəcək yüz yol: afərin, gözlər!

Sorulsa məndən, əsir eyləyən kim oldu səni?Baxın bu gözlərə, ərz eylərəm; həmin gözlər.

Vəfalı olmasa, bir gün də çox güman dözməz,Vəfalı olsa, yüz il aşiqin yəqin gözlər.

Həmişə şad oluram intizari-vəslin ilə,Necə ki, bir təzə damad olan gəlin gözlər.

Mən öz nigarımı, eyb etmə, gözləsəm, Vahid!Ki, bülbül öz gülünü, aşiq həmdəmin gözlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви