Qoyma, gözəlim, kuyinə əğyar dolansın,İnsafmı, gülzarı gəlib xar dolansın?!

Razı deyiləm, özgə ola məhrəmi-vəslin,Gülzari-behişti niyə küffar dolansın?!

Könlüm quşu daim dolanır şövqi-rüxünlə,Əlbəttə, gərək Kəbəni zəvvar dolansın.

İkrah eləmə, qamətinə zülf dolaşsa,Sərv üstünə, bu rəsmdi, şahmar dolansın.

Rəhm et, günümü eyləmə zülfün kimi qarə,Qoyma üzünə türreyi-tərrar dolansın.

Saldı məni peyvəstə qaşın fikrinə, zalim,Daim belə qoy çərxi-cəfakar dolansın.

Məxmur gözün fikri edib aləmi bihuş,Vahid necə bu şövq ilə huşyar dolansın?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви