Zülfündə nə lazım, gözəlim, şanə dolansın?Qoyma, o hərəmxanəni biganə dolansın!

Eyb eyləmə, kuyində dolansam gecə-gündüz,Şəmin gərək ətrafına pərvanə dolansın.

Saqi! Dolanım başına, mey camini gəzdir,Sərməst olayım, başıma meyxanə dolansın.

Ol zülfə könül vermə, deyirlər mənə, əmmaOnsuz necə bəs bu dili-divanə dolansın?

Məcnun nə bərabər mənə, səhralərə qaçdı,Eşq əhli odur, ərsədə mərdanə dolansın!

Əğyar ilə öz yarını həmdəm görən aşiqDüşsün gərək o dəşti-biyabanə, dolansın.

Sərxoşluq ilə ömrünü sərf eyləmə, Vahid!Arif ona derlər ki, ədibanə dolansın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви