Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan!Xain gözünü çək dərəmizdən, dağımızdan!

Qartal kimi qonnuq döşünə, qorx o günündən:Qurtarmaz o murdar cəsədin caynağımızdan.

Biz hiyləyə aldanmarıq, ey tülküdən alçaq,Burnun bu yaxında əzilər toxmağımızdan.

Bir bomba kimi partlayacaqdır ürəyində,Hər xırda qığılcım ki, qopur çaxmağımızdan.

Qəsb eylədiyin yerləri tez qaytararıq biz,Boş yel kimi çox keçmə bizim sol-sağımızdan.

Xalq ordusu bir dağ kimi durmuş sənə qarşı,Seltək axacaqdır qanınız qurşağınızdan.

Çox çəkməyəcək, məhv olacaq zülmü faşizmin,Dünya çıxacaq xoş günə al bayrağımızdan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине