Sevdiyin yarın əlindən tutasan, cam alasan,Öpəsən ləblərin, o naz edə, sən kam alasan.

Mübtəlası olasan bir gülərüzlü gözəlin,Hər səhər küsdürəsən, könlünü axşam alasan.

Şairanə nə səadətli gözəl mənzərədir;Baxıb öz istədiyin dilbərə, ilham alasan.

Şövqi-ləli yetər eşq əhlinə gülçöhrələrin,Nə gərək saqi əlindən meyi-gülfam alasan.

Ya verib can vətən uğrunda, hünər göstərəsən,Ya olub eşq əsiri, belə bir nam alasan.

Ovçu görmüş quşu səyyad çətinliklə tutar,Sadədil bir elə quş tap ki, onu ram alasan.

Bir gözəl varmı ki, naz eyləməyindən başqaYerişindən, duruşundan baxıb ilham alasan.

Bəsdir, ey xəstə könül, hicr bəlasın çəkdin,Sən gərək vəslə yetib, bir qədər aram olasan.

Vahid, ənam edəcək yarım öz aşiqlərinə,Bəlkə bir lütfə gəlib, sən də bir ənam alasan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви