Sən, sevgilim, bu hüsn ilə ellər nigarısan!Odlar diyarının gözəli-şəhriyarısan!

İlham alır camalını gördükdə el sənin,Xəlqin sevimlisi, vətənin iftixarısan!

Diz çöksə haqlıdır sənə dünya gözəlləri,Babəklərin, Koroğluların yadigarısan!

Bülbül səninlə şurə gəlir, gül səfalanır,Sən bir həyat gülşəninin novbaharısan!

Bilməm, nə sirdir, hamının eşqi var sənə,Xilqətdə sən zəmanəmizin bəxtiyarısan!

Tarixə bax, gözəllər olub hər zəmanədə,Sən də bizim zəmanəmizin gülüzarısan!

Vahid, bu qarə gözlü yaman məst edib səni,Aləm ayıldı, sən hələ eşqin xumarısan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви