Könlümü etmiş cəmalın şövqü heyran, sevgilim
Könlümü etmiş cəmalın şövqü heyran, sevgilim,Yox bəşərdə sən kimi istəkli canan, sevgilim.
Hər görəndə gül üzün, doymaz tamaşadan könül,Olmuşam bülbülsifət eşqində nalan, sevgilim.
Mən məhəbbət mülkünün Məcnunu, sən Leylasısan,Dərs ala bizdən gərək eşq əhli hər an, sevgilim.
Eşq dərdindən çətin bir dərd yoxmuş dəhrdə,Çarəsin tapmaz bu dərdin gəlsə Loğman, sevgilim.
Çarə olsaydı, Züleyxadan olardı Yusifə,Eylədi Vahid kimi pabəndi-zindan, sevgilim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-konlumu-etmis-cemalin-sovqu-heyran-sevgilim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey könül, sev elə cananı, güləndam olsun,Sözü şirin, özü bir şuxi-dilaram olsun.
Yarın səri-kuyində təki məskənim olsunYarın səri-kuyində təki məskənim olsun,Cənnət adı çəksəm, mənə tanrı qənim olsun.
Qoyma, ey məh, üzünü zülfi-pərişan tutsunQoyma, ey məh, üzünü zülfi-pərişan tutsun,Niyə bu hüsnilə aləm sənə nöqsan tutsun?
Gülün eşqində gərək bülbüli-nalan oxusunGülün eşqində gərək bülbüli-nalan oxusun,Aşikar eyləməyib dərdini, pünhan oxusun!
Стихи других поэтов · О любви
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,