Qoyma, ey məh, üzünü zülfi-pərişan tutsun
Qoyma, ey məh, üzünü zülfi-pərişan tutsun,Niyə bu hüsnilə aləm sənə nöqsan tutsun?
Gər qələt nöqtə desəm, məshəfi-hüsnün xəttin,Bu səbəbdən məni qoy ayeyi-Quran tutsun.
Etiraz eyləmə rüxsarına xət gəlmək üçünKi, gərək murü mələk mülki-Süleyman tutsun.
Tökdü məstanə gözün qanımı yüz naz ilə,Görüm, ey şuxi-xətadidə, səni qan tutsun!
Nə atarsan, təni-suzanıma tən oxlarını,Bunca peykanı gərəkməzmi məgər can tutsun?!
Düşdüyümçün rəhi-səhralərə, eyb eyləməyin,Əsil divanə gərək səmti-biyaban tutsun.
Vahidəm, naləvi fəryadıma rəhm eylə, gülüm,Qorxuram ki, səni bu naləvü əfğan tutsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-qoyma-ey-meh-uzunu-zulfi-perisan-tutsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Olma vəfalı, əhdü vəfadən nə faidə?Ol biəda, vəfavü ədadən nə faidə?
Nə ləzzətiDünya üzündə olmadın ədna, nə ləzzəti?Ədnalıq ilə olmadın əla, nə ləzzəti?
YaxşıdırBavəfa olmaqdan isə bivəfalıq yaxşıdır,Baədalıqdan nə ləzzət, biədalıq yaxşıdır.
Nə imişMollalar milləti gümrahə, demə, rəhbər imiş,Əhsən, əhsən, kişilər naibi-peyğəmbər imiş!