Hər obada bayram ola
Nə yaxşıdır yaz yağışı içindəBənövşələr ürpək-ürpək yuyuna.Boz buludlar göy üzündən köçəndəDağ laləsi kaş vüqarla dayana.
Nə yaxşıdı duman keçə, çən keçə,Şəfəqlərdən naxışlana dərə, düz.Ayrılığın tufanına düşüncə,Həsrət nədi heç bilməyə qəlbimiz.
Nə yaxşıdır çinarların sırası,Sanki körpə əlləridir yarpaqlar.Bir çinar da olsa torpaq ayrısı,Bu həsrətə çəmən ağlar, çöl ağlar.
Nə yaxşıdır şitilliklər çoxala,Başdan-başa göylər tamam durula,Dan sökülə, qaranlıqlar dağıla,Hər obada bayram ola, toy ola.
Nə yaxşıdır ayrılanlar görüşə,Dönməyələr yurdsuz quşa insanlar.Nə yaxşıdır yer üzünə gün düşə,Ölkə-ölkə qardaşlaşa insanlar.
Nə yaxşıdır sarı sünbül zəmisi,Dalğalana, ətir yaya hər yana.Süd qoxulu körpələrin nənnisi,Qızıl rəngli şəfəqlərə boyana.
Nə yaxşıdır hey çağlaya bulaqlar,Nəğmə-nəğmə ömrə, günə qovuşaq,Kitab-kitab söz bağlaya bulaqlar,O nəğməli bulaqlarla yarışaq.
Nə yaxşıdır ayın sirli gecəsi,Qaçaq düşmüş yuxuların qayıda.Dan sökülə, körpə quşların səsiBizi səhər yuxusundan oyada.
Nə yaxşıdır maviləşə dünyamız,Qan-qadadan dünyamızı qoruyaq.Yer kürəsi çox övladlı anamız,Anamızı, anamızı qoruyaq...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-her-obada-bayram-ola
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
ÇiçəklərElə zərifdir ki, güllər, çiçəklər,Sərt bir baxışdan da solar – deyirəm.
ƏlvidaEy könül, fikrin nədi, çün gəldi hicran, əlvida!Ölməyim xoşdur, gərəkməz cismi-bican, əlvida!
در حسن و جمالی که تو داری چه توان گفت؟سروی، صنمی، لاله عذاری، چه توان گفت؟