Azərbaycan
Qızıl günəş göy üzündə güləndə,Nəğməsini quşlar bağ-bağ böləndə,Mən göz açıb bu dünyaya gələndəBəxt ulduzum burda yanan olubdur,İlk beşiyim Azərbaycan olubdur.
Tappur-tappur addım atıb gəzmişəm,Gülə batıb, şehə batıb gəzmişəm.Əllərimdən anam tutub, gəzmişəm,Sevincimiz coşğun ümman olubdur,İlk beşiyim Azərbaycan olubdur.
Yollar açıb qucağını gəl, deyib,Səninlədir oba deyib, el deyib.Ürəyimin sözləridir, dil deyib,Könlüm sözlə dolu cahan olubdur,İlk beşiyim Azərbaycan olubdur.
Bəzən yolum yoxuş olub, qalxmışam,Haray salıb şimşək kimi çaxmışam.Nəğmə olub ürəklərə axmışam,El sevgisi mənə bəyan olubdur,İlk beşiyim Azərbaycan olubdur.
Sevincimə gözdolusu gülənim,Nisgilimi, istəyimi bilənim,Dar ayaqda harayıma gələnim,Havadarım hər bir zaman olubdur,İlk beşiyim Azərbaycan olubdur.
Çağlamağı bulaqlardan almışam,Boy atmağı qovaqlardan almışam.Əzəməti bu dağlardan almışam,Gül-çiçəyi dərdə dərman olubdur,İlk beşiyim Azərbaycan olubdur.
Bəxtimizi qızıl günəş oyatdı,Biz həyatı, həyat bizi ucaltdı.Elim, obam zəfərlərlə boy atdı,Dünya bildi təzə dövran olubdur,İlk beşiyim Azərbaycan olubdur.
Laylalarım qüvvət verib canıma,Laylayımçün qurban olum anama.Bu analı, bu laylalı dünyamaDoğma torpaq nə mehriban olubdur,İlk beşiyim Azərbaycan olubdur.
Yuvası var körpəcə bir quşun da,Mənası var qayanın da, daşın da.Nə yaxşı ki, könlüm coşub-daşandaNəğməm burda havalanan olubdur,İlk beşiyim Azərbaycan olubdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-azerbaycan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Sinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
UçitellərБлаго, власти запретили съезд, затеянный в Гяндже,Жили мы себе спокойно, без хлопот, учителя!
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
«Nişançı özümüz, hədəf özümüz...»Böyük Sabir demişkən...*Qorxum yox heç nədən, qorxum var haqdan,