Bir ömürəm, yazım sənsən,Bir nəğməyəm, sazım sənsən,Bir ürəyim, arzum sənsən,Hara getsən apar məni.

Bir çiçəyim, şehim sənsən,Bir söhbətəm, neyim sənsən.Bir budağam, mehim sənsən,Hara getsən apar məni.

Bir laylayam, dünya sənsən,Bir cüt gözəm, röyam sənsən.Bir sevgiyəm, sevdam sənsən,Hara getsən apar məni.

Bir meşəyəm, dağım sənsən,Bir dağam, növrağım sənsən.Bir güləm, budağım sənsən,Hara getsən apar məni.

Bir bağçayam, barım sənsən,Bir zirvəyəm, qarım sənsən.Bir sinəyəm, tarım sənsən,Hara getsən apar məni.

Bir ocağam, odum sənsən,Bir ünvanam, adım sənsənBir quşam, qanadım sənsənHara getsən apar məni.

Geniş göylər quşa qalsın,Ayrılıq dağ-daşa qalsın.İzlərimiz qoşa qalsın.Hara getsən apar məni.Apar məni...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов