Telefon xətlərində bir səs düşdü dünyayaTelefon xətlərində birləşdi ana, bala.Bir ananın səsindən sanki üşüdü dünya,Bir balanın səsindən göy ağladı az qala.

Fırtınalı sinəmdə neçə söz, neçə nida,Telefon xətlərində anamı harayladım.Fırtınalı sinəmdən yol saldım doğma yurda,Dolandım o yerləri elə bil addım-addım.

Anam sakit dəryaydı, dərya lərzəyə gəldi,Telefon xətlərində danışdı dəryam mənim.Fəqət onu bildim ki, belə coşqun deyildi,Otuzillik həsrətə tablaşan anam mənim.

Anam sakit dəryaydı, susa bilmədi artıq,Dərya tüğyana gəldi, dalğalar şahə qalxdı.Telefon xətlərində dalğalandı hıçqırıq,Telefon xətlərinə göz yaşımız da axdı.

Telefon xətlərində arzu, ümid, gümanlaDedi, qoy saçlarını oxşayım bir də, bir də.Anam döyüşə girdi elə bil ki, zamanla,Səsi ilişib qaldı telefon xətlərində...

Otuzillik həsrətin bir anlıq şərbətiniTelefon xətlərində anam içdi, dedilər.Bir inamla, gümanla hələ öpməmiş məni,Sona çatdı vaxtınız, gecdi, gecdi, dedilər.

Sona çatdı, nəhayət, telefon görüşümüz,Elə bil ki, qəriblik yayıldı yer üzünə.Görüşərkən təzədən ayrılmalı olduq biz,Anam da, mən də sonsuz nağıla döndük yenə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке