Mənim kimliyimi, mənim adımıVətənimdən soruş, elimdən soruş.Bu coşqun, bu qaynar ehsasatımıO dağlardan enən selimdən soruş.

Xəzan da görmüşəm, çiçəkli yaz da,Nəğmətək gəzmişəm dildə, ağızda.Solub getməmişəm qarda, ayazda,Məni təzə açan gülümdən soruş.

Coşaram dəniztək, çağlaram sutək,Könüldə yaşaram saf bir duyğutək.Məni zəfərlərlə ötüb, gələcəkGünümdən, ayımdan, ilimdən soruş.

Nə vaxt bizim elə səfər eyləsən,İnanma, desələr daha yoxam mən.Məni bahar kimi təravətli, şən,Qılınctək kəsərli dilimdən soruş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе