Arzularım...
Nə olaydı tale bir də güləydi,Durulaydı göy də, yer də, güləydi.Könül sazım pərdə-pərdə güləydi,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
Qalmayaydıq çəmən ayrı, gül ayrı,Olmayaydıq dəniz ayrı, göl ayrı.Gəzməyəydik vətən ayrı, el ayrı,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
İlim-ilim itirəydik həsrəti,Gəlməzliyə ötürəydik həsrəti.Yer üzündən götürəydik həsrəti,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
Qayıdaydıq sazlı, sözlü günlərə,O laləli, o nərgizli günlərə.Qayıdaydıq o Təbrizli günlərə,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
“Bulaq başı yenə də qız olaydı”,Dörd dövrəsi yaşıl yarpaq olaydı.Torpaq üstə əbədi yaz olaydı,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
Söyüdləri oxşayaydım əlimlə,Sevinəydim çəmənimlə, çölümlə.Durnaları əyləyəydim dilimlə,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
Çəkiləydi göy üzündən duman, çən,Yollar çiçək bitirəydi dizəcən.Gül ətrindən məst olaydı yol keçən,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
Anam üçün səsə, ünə dönəydim,Müjdə dolu bir xoş günə dönəydim.İlk baharın mən özünə dönəydim,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
Çoxalaydı çinarların sırası,Yox olaydı bu həsrətin tanrısı.Sağalaydı ayrılığın yarası,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
İllər ilə qovuşaydı nə ola,Ömrə-günə gün düşəydi, nə ola.Ayrılanlar görüşəydi, nə ola,Arzularım qönçəsindən çıxaydı,Saçlarıma yaz yağışı yağaydı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-arzularim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Bilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksən
ƏmanətQurban ollam ala gözlü yara mən,Mən gedirəm, sən Allaha əmanət.
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Nə gözəldir o camalın, a gülüm!Nə gözəldir o camalın, a gülüm!Canıma dərdü məlalın, a gülüm!