Xalq şairi Süleyman Rüstəmə

Nə zaman ki, könlün düşdü tufana,Süleymanı, Süleymanı çağır sən.Hər kəlməsi bir məlhəmdir insana,Süleymanı, Süleymanı çağır sən.

Arzuların dilə gəlib dinəndə,Qoyma sönə nə dumanda, nə çəndə.Əgər zaman od qalasa sinəndə,Sülyemanı, Süleymanı çağır sən.

Təbriz üstü Miyanadı sevgilim,Sorma yolun hayandı, sevgilim?Yolum burdan oyanadı, sevgilim.Süleymanı, Süleymanı çağır sən.

Birgə keçək bu yolları, izləri,Alovladaq kül altdakı gözləri.Xonça tutub yenə Təbriz qızları,Süleymanı, Süleymanı çağır sən.

Qalxaq bir də Savalana, Səhəndə,Yol eyləyək Marağaya, Mərəndə.Həsrətləri sən görüşən görəndəSüleymanı, Süleymanı çağır sən.

Enək Şibli gədiyindən Təbrizə,Həsrətsiz yollara gül düzə-düzə.Sevgililər dayananda üz-üzə,Süleymanı, Süleymanı çağır sən.

Bir torpaq üstündə doğulmuşuq bizBir qolum Bakıdır, bir qolum Təbriz.Pişvaza çıxanda şairlərimizSüleymanı, Süleymanı çağır sən.

Ağsaqqal şairlər dayansın öndə,Silinsin illərdən duman da, çən də.Həsrət çəkdiyimiz belə bir gündəSüleymanı, Süleymanı çağır sən.

Mən də nəğmələrdən bir dəstə tutum,Ürəyim doludur, onu ovudum.

Bizsiz qala bilmir nigaran yurdum,Süleymanı, Süleymanı çağır sən.

Ömrümüz vüsaldan şərbət içəndə,Həsrətdən vüsala yollar keçəndə,“Dumanlı Təbriz”dən duman köçəndə,Cənub dərdli o insanı çağır sən,Süleymanı, Süleymanı çağır sən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви