Gecəyarı Qahirənin küçələrində
Bilsəydim ki, sən mənimlə barışacaqsan,Bilsəydim ki, sən mənimlə görüşəcəksənKədər məni, qüssə məni çaşdırardımı,Göz yaşlarım nil çayını daşdırardımıGecəyarı, qahirənin küçələrində?!
Bilsəydim ki, ümidimiz üzülməyəcək,Sənli... mənli... bu hicrana dözülməyəcək,Vidalaşıb intizarlı günüm, ayımlaSəhraları oyadardım hay-harayımla,Gecəyarı qahirənin küçələrində.
Bilsəydim ki, saçlarıma qonan həsrətiYenə sənin öz əllərin arıdacaqdır...Bilsəydim ki, ürəyimdə donan möhnətiYenə sənin öz əllərin əridəcəkdir.Qəm ləşkəri heç üstümə yeriyərdimi,Səmum yeli məni büküb bürüyərdimiGecəyarı qahirənin küçələrində.
Bilsəydim ki, sən mənimsən, yenə mənimsən,Bülbülləri geri dönmüş çöl-çəmənimsən.
Ehramları qaldırardım yeddinci qata,Fir’onlar da mat qalardı həmin büsataGecəyarı qahirənin küçələrində.
Bilsəydim ki, sənsizliyin ömrü gödəkmiş,Ayrılığın bir ötəri acı küləkmişSon baharı calamazdım mən ilk bahara,Hicranımı tapşırardım qürbət diyaraGecəyarı qahirənin küçələrində.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-geceyari-qahirenin-kucelerinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salam, Otello, salam!Hal-əhval?
PişiklərKiprdə pişiklərinGözü adam gözüdür.
Yedəkdə gələn qayıqMingəçevir dəryaçasında bizi gəzdirən gəminin yedəyində bir qayıq gəlirdi.*Suları sənmi yarırsan
Teymurləngin şərəfinə1960-cı ilin yanvarında Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə olmuş əhvalat.*Səmərqənddə sağlıq dedim,
Стихи других поэтов · О разлуке
ای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
GetdiNecə ağlamayım, necə yanmayım,Sonam, düşdü məndən aralı getdi.
DəmirağacKöklər bir-birindən on addım uzaq,Gövdələr dəmirtək cilalanıbdır,
Dildarə müştaq oldu can, anın camalın arzularDildarə müştaq oldu can, anın camalın arzular,Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular.