Dildarə müştaq oldu can, anın camalın arzular
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dildarə müştaq oldu can, anın camalın arzular,Hicrinə qatlanmaz könül, yarın vüsalın arzular.
Yandırdı şövqün bağrımı, gör tabişindən kim, necəCanım susamışdır, ləbin abi-zülalın arzular.
Yaxmaq gərəksən yaş ilə hər dəm gözün məsbahini,Gər gözlərin gerçəkləyin anın xəyalın arzular.
Çərxin hilalü bədrinə könlüm qaçan baxmaq dilər,Neçün ki, üzün bədrivü qaşın hilalın arzular.
Aşiqlərin azarına gör kim necə bel bağlamış,Şol bivəfa aşiqlərin neçün vəbalın arzular.
Çin nafəsindən bezdi can, ənbərdən usandı könül,Hər sübhdən şol dilbərin zülf ilə xalın arzular.
Yarəb, nə huri-çöhrədir şol mahi-taban üzlü kim,Gördükcə anın üzünü, günəş zəvalın arzular.
Şəhdin hədisi həm şəkər xoş gəlməz ol müştaqə kim,Şol ruhi-qüdsün məntiqi şirin məqalın arzular.
Макта — последний бейт с тахаллусом поэта. Eşqində qurban olduğun istər Nəsimi, sor nədən,Şol mə’nidən kim, dünyada hər şey kamalın arzular.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-dildare-mustaq-oldu-can-anin-camalin-arzular
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Könlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs,Gözəlim, çünki qonar şəhdü şəkər üstə məkəs.
SinəsinTər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər