Könlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs,Gözəlim, çünki qonar şəhdü şəkər üstə məkəs.

Eşq dəryasına cumdu bu könül qafiləsi,Ah, qulağıma gəlir naleyi-fəryadi-cərəs.

Yandı eşqində üzərlik kimi biçarə könül,Olmadı yar hələ bunca cəfa aşiqə bəs.

Razıyam hər qəminə, harda sənin insafın?Etdi hicrin məni, ah, bir quru əfsürdə qəfəs.

Макта — последний бейт с тахаллусом поэта. Bənd olub nakəsə əl çəkmə bu Şaiqdən, aman!Nə rəvadır tuta gövhər yerini xar ilə xəs.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви