Yuxum ərşə çəkiləydi.Dan yeri -Qızarmış gözlərimdəSöküləydi

Təki.SəhərBaşımda sövdalı fikirlərHarasa gedən yerim olaydı.Çətin bir ünvan axtaraydım,Gəlişimə inanmayan,Gəlişimi gözləməyənİnsan axtaraydım,Raketdən sür’ətli nə var dünyada;Təki...Gedən yerim olaydı...Gedəydim, payi-piyada.Külək,Yağış,QarCanımı üzəydiBüdrəyib yıxılandaKötüklər,DaşlarDizimi əzəydi.Cəhənnəmə ki...Təki

Gedən yerim olaydı...Axşam düşəndəÇataydımSıldırımlı dağlara sığınmış bir kəndə

Döyəydim bir qapınıƏllərim əsə-əsə,İt zəncir gəmirəndə.Adam çıxaydı səsə.Bir cüt pərişan gözləGöz-gözə,Bir xoş mehriban üzləÜz-üzəDayanaydım.O, heyrət elədikcəMən alışıb yanaydım.Qucaqlayıb boynunu,Sığallayıb telini,Qupquru dodağımlaYandıraydım əlini.Uşaq kimi ağlayaydım!Bulaq kimi çağlayaydım!

Gedən yerim olaydı, gedən yerim,Kiminsə həsrətiylə açılaydı səhərim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов