Dəmirağac
Köklər bir-birindən on addım uzaq,Gövdələr dəmirtək cilalanıbdır,Burdakı gövdədən uzanan budaqOrda başqasıyla qaynaqlanıbdır.
Saysız əsrlərin bəlkə izidirOnun gövdəsinə naxıştək düşüb?!Sanki bir həsrətin vüsal rəmzidirBelə qaynaqlayıb, belə birləşib!
Dəmir də bu sayaq qaynaqlananmaz,Dəmirağacdasa belə adət var.Qəribə ağacdır, oda at, yanmaz,Qəribə ağacdır, suya sal batar.
Balta, dəhrə, mişar, olmasa əgər,Kişisən əlinlə qaynağını aç.Bütün ərzi dolan,Belə deyirlərYalnız Lənkəranda bitir bu ağac.
Onun gövdəsinə mismarı da sənYa daşla, ya gürzlə, ya çəkiclə çal,Batmaz zərrə qədər,Ağır zərbədənƏyilib geriyə sıçrayır dərhal.
Bir damcı su içsə, bir il bəsidir,O hansı bulaqdan gileylənibdir?!Sanki bu diyarın iradəsidir,Dəmirlə yoğrulub zirehlənibdir.
Dostum, bu yerlərə yolun düşübsə,Sən də keç bir kərə dəmir meşədən.Yurdumda ağac da dəmirləşibsə,Onun taleyindən arxayınam mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-demiragac
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Gedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
Məndən soruşGənc oxucum, yurdumuzun cəlalını məndən soruş,Cənubunu məndən soruş, şimalını məndən soruş.
GülöyşəSəni gördüm, cani-dildən şad oldum,Həsrət idim bir gülüşə, Gülöyşə.
CananımınFələk rəğminə bir nəzərGörsəm üzün cananımın,