Sonuncu dayanacaq
Ulduzlar oyaqdı, qəmər oyaqdı.Gecə rəngindədi hələ dan yeri,Ulduzlar içindən bir ulduz axdı,Şəridə bənzədi uzaqdan yeri.
Büsbütün çəkilib yuxum gözümdən,Yerimə qor dolub niyə? Bilmirəm.Bu saat otaqdan çıxacağam mən,Hara gedəcəyəm? Deyə bilmirəm
Fəqət gedəcəyəm...Dar dalanları,Əyri küçələri adlayacağam.Yuxunun qoynunda məst olanlarıOyaq gözlərimlə odlayacağam.
Otlar arasıyla axan su kimiSəssiz gedəcəyəm bu gecə yarı,Şəhərin bir ulduz oğrusu kimiƏlim uzanacaq göylərə sarı.
Orda – yuxarıda açıq pəncərəQaranlıq gözüylə baxacaq mənə.Beləcə çıxıram hər gün səfərə,Baş vurub gecənin qəribliyinə.
Gecəni gündüzə qatıb haçaqdırGəzirəm...Taleyim bəlkə oyana...Eviniz sonuncu dayanacadır,Mənimçün yol yoxdur burdan o yana.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-sonuncu-dayanacaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gündüzlər birtəhər ovunur yenə,Bilirsən nə çəkir xəstə gecələr?!
Burda min şövq ilə bizBurda min şövq ilə bizGörüşərdik o zaman.
Uzanır mavi dəniz, yox sonu, yox əvvəli dəUzanır mavi dəniz, yox sonu, yox əvvəli də,Nə genişdir, nə dərindir, necə safdır suları!
Mənim gəncliyimKülək əsir... Yağan qarıÇökəklərə doldurur.
Стихи других поэтов
Əslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli