Burda min şövq ilə biz
Burda min şövq ilə bizGörüşərdik o zaman.Burda gənc qəlblərimizKeçirib min həyəcan.
Bu yaşıl kürsülərinOturardıq üstəAnıram mən, o səninTutduğun güldəstə –
Toxunarkən üzüməSən gülərdin ucadan.Burda gənc qəlblərimizKeçirib min həyəcan.
Yadımızdan çıxmazO yaşıl yarpaqlar,Çox tanışdır sənə dəO söyüdlər, o çinar.
Onların gövdəsinəYazdıq öz eşqimizi.Quşlar öz nəğməsinəValeh etmişdi bizi.
Burda idik hər yaz,Yay, payız – son ayacan.Burda gənc qəlblərimizKeçirib min həyəcan.
O gözəl günlər hanı?Hardasan indi de, sən?Burda keçmiş bir anıQaytaraydım geri mən!
Qaytaraydım səni də,Elə gənc, sadə, gözəliVə deyəydim: yenə dəBu yaşıl bağçaya gəl.
Bağ həmin bağdır, inan:Necə görmüşdük biz.Burda bir sən yoxsan,Bir də ilk gəncliyimiz!
Moskva, 1956
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-burda-min-sovq-ile-biz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ov qadağan edilir yazın əvvəllərindən,Elə ova çıxmağı bu vaxt istəyirəm mən.
LəyaqətMən o adamları yada salıram,Lap bugünkü kimi anıram yenə.
Qartal əfsanəsi“Kəmfürsət zərbələr, qartal, yamandı,Qaya uçurandı, palıd yıxandı.
Gözlər və sözlərSən baxa bilmirsən mənim üzümə,Sən baxa bilmirsən mənim gözümə.
Стихи других поэтов
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
İki qəzəlHörmətli şairimiz Süleyman Rüstəmə*I
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,