Ov qadağan edilir yazın əvvəllərindən,Elə ova çıxmağı bu vaxt istəyirəm mən.İstəyirəm qayada əlikləri qovlayam,Bir ahunun qapqara gözlərini ovlayam.

İstəyirəm əlimlə ovlansın hər gözəllik,Gözlərimin toruna düşsün xınalı kəklik.Turacın uçmasını ovlamaq istəyirəm,Ceyranın qaçmasını ovlamaq istəyirəm.Durnanın süzməsini,Ördəyin üzməsini,Torağayın səsini,Bülbülün nəğməsini,Qırqovul qanadının qanovuzu zərini,Göyərçinin fəzalar fəth edən şəhpəriniOvlamaq istəyirəm mən tüfəngsiz, seçməsiz.Bircə ov da yanımdan qoy xəlvəti keçməsin.Ov etmək istəyirəm bahar günü, yaz çağı.Mənə icazə verər ovçular ittifaqı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе