Ala buzov,Ala buzov,Sən yadıma düşdün yenə.Uşaqlığım göz önündənGəlib keçdi səhnə-səhnə.Yadımdadır,Onda səninQızıl rəngli anan vardı.Sənin üçün yelinindəSüd dənizi saxlayırdı.Fəqət anan otlu-suluÖrüşlərdən qayıdanda,Mənim anam tamam sağıbOnun qızıl yelininiBoşaldardı bircə anda.Mənim anamŞirin-şirin eydirməyləUcaldanda öz səsini,Sənin ananYelinində saxlamazdıSüdün bircə qətrəsini.O sağardıDolu yelinÇevrilincə boş sələyə.Bir tərəfdə sən çatılıÜrəyini yeyə-yeyəKörpə buzov gözlərinlə

Seyr edirdin daim bunu –Sərniclərdə köpüklənənÖz payını, öz ruzunu.Sənin körpə gözlərindəGiley-güzar vardı yaman.Mən də sənin qismətiniYeyə-yeyə keçdi zaman.Tez boy atdım, tez böyüdümSənsə qaldın süddən yanıq.Bizə nə var, –Biz güclüyük,Biz insanıq!Heç bilmirəm bu gün neçünSən yadıma düşdün yenə.Ala buzov,Yandım səninSüddən yanıq taleyinə.Qəribədir,Kim itirsəRuzusunu, qismətini,Kim itirsə öz payını,Tikəsini, sərvətini,Ala buzov,Əvvəl-əvvəlSən gəlirsən göz önünə.Bir də sərnic –Süd dənizi –Köpüklənə-köpüklənə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов