Torpağım
Hamıdan çox torpağıma inanıram,İstəyirəm hər an onu seyrə çıxım,Üzərində yeriyirəm, dayanıram,Düşür zərif sinəsinə ağırlığım.
İnanıram, yenə möhkəm saxlayacaq,Qoymayacaq məni o, dar ayağında.Cavan ölsəm, bulaqlarla ağlayacaq,Qoca ölsəm, dəfn edəcək qucağında.
Bir dən atsam bu gün onun cadarınaMənim üçün min-min sünbül yetirəcək.Ehtiyacım olsa qışda baharınaQar üstündə qızılgül də bitirəcək.
İnanıram, düşməninin qabağınaÖzgəni yox, ilkin məni göndərəcək.Yara dəysə bir ağacın budağınaYalnız məni o, məlhəmə döndərəcək.
Lazım gəlsə çevriləcək yad qəbrinəMənim üçün gülzar olan hər qarışı,Yer üzünə min il sonra gəlsəm, yenəKaş mən olam bu torpağın vətəndaşı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-torpagim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Sanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
Xoş gəldinBu gün nə xoş gündü, nə xoş saatdı,Qədəm basdın, Pəri xanım, xoş gəldin.
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi