Ah, neçə ünvana getmir ayağım,Neçə qapı zəngi cingildətmirəm.Gör neçə nömrəni yığmır barmağım,Nə qədər həyətə, evə getmirəm.

Mən niyə vəfasız olmuşam belə?Bu qədər dönüklük kimdə tapılar?Nədəndir, nədəndir bəs ildən-iləÜzümə açılmır tanış qapılar?

Gah aşlı, gah da ki, pendir-çörəkliDaim açıq olan süfrələr hanı?Hanı o gülümsər, mənə gərəkliSözlü, zarafatlı çöhrələr hanı?

Yoxsa dost evləri çıxıb yadımdan?Xəyala gedirəm mən bir anlığa...Bir dost ünvanını gəzdiyim zamanYolumu salıram qəbiristanlığa...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов