Yaman oxşayırsan, deyirlər, mənə,Qaşların, gözlərin guya mənimdir.Üzümün rəngi də çökmüş üzünə...Qoy ata gözüylə sənə baxım bir.

Görkəmin mənə də çox tanış gəlir,Elə bil mənimdir səndəki gülüş.Güləndə yanağın batır, çökəlir...Sanki bir almayıq iki bölünmüş.

Qəlbim dağa dönür bu bənzəyişdən,Qaşınla, gözünlə mənə oxşa sən –Gözümün nuru da gözünün olsun!

Əksini qoy səndə seyr etsin atan.Ancaq, əziz balam, çalış hər zamanBir ürək, bir beyin özünün olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов