Könlümdə bir dünya arzu oyanırDan qızaranda.Gözümdə talelər gəlib dayanırDan qızaranda.

Sanıram lalələr açır gözünüDağda, aranda,Nərgizlər gülabla yuyur üzünüDan qızaranda.

Yellər əttar kimi ətir dağıdır,Gülür cahan da.Sanıram məhəbbət, sevgi çağıdırDan qızaranda.

Sevinc qanadlanır, kədər boğulurGülür insan da.Dünyaya övladtək günəş doğulurDan qızaranda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе