Açın qapıları, açın taybatay,Buraxın otağa gələn səhəri.Qoy bahar yelləri salaraq harayÇəkib yerə töksün tül pərdələri.

Qırsın pəncərəmin şüşələrini,Saçımı dağıdıb töksün üzümə.Təzəcə yazdığım son əsərimiAlıb səpələsin çölün düzünə.

Qoy bahar yelləri bir dəm coşaraqLaləli çöllərə yağdırsın da qar –Yox, yox incimərəm,Bilim ki, ancaqGələn xəzan deyil,bahardır, bahar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе