Bülbül səsi
Səhər açılırdı...Bir bülbül səsiQəfildən oyatdı məni yuxudan,Üfüqün ləkəsiz təmiz çöhrəsi,Bir də sübh yeliydi onu oxudan.
Hava da təmizdi –Xəbis nadanlarGörünür yuxudan oyanmamışdı.Sular da təmizdi –Namərd adamlarHələlik sahildə dayanmamışdı.
Yolların tozunu yatırmışdı şeh,Orda görünmürdü əyri ayaqlar.Laləli cığırlar bir qövsi-qüzeh,Təmizdi, aydındı sakit uzaqlar.
Qalxıb durmamışdı yuxudan hələNə yalan, nə saxta, nə pis, nə riya.Bülbül cəh-cəh vurub gəlirdi dilə,Ötürdü saflığı o, duya-duya.
Nə qədər gözəldi bülbülün səsi!Büllur təmizlikdi onu oxudan.Xoşbəxtəm,Təmizlik, saflıq nəğməsiBu səhər oyatdı məni yuxudan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-bulbul-sesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
O, səssiz ayrılıb yoldaşlarındanTanış xiyabanla sahilə gəldi.
İnsan yalnız bir dəfə gəlir dünya üzünəİnsan yalnız bir dəfə gəlir dünya üzünə,Yalnız bir yol baxırıq aya, ulduzlara biz.
Gecələr ay olmaq istəyirəm mənGecələr ay olmaq istəyirəm mən,Pərdəli-pərdəsiz pəncərələrdən
BəlkəGecədən çox keçir,Yataq, əzizim,
Стихи других поэтов · О природе
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
MəniTərlandı baxışın, gözün can alan,De çək caynağına, di darə məni.
AğlamaSən ağlasan, mən ağlaram,ağlama, yarım ağlama.