Sən ağlasan, mən ağlaram,ağlama, yarım ağlama.Nə gücüm var kömək olum,nə ixtiyarım, ağlama.

Çölü, düzü duman alıb,ürəyimi güman alıb.Qış üstümü yaman alıb,Mənim baharım, ağlama.

Payızdı, yarpaq tökülür,uçub kərpicim sökülür.Fikirdən belim bükülür,sınır vüqarım, ağlama.

Gül üzümə, mən də gülüm,su olum, daşdan süzülüm.Gül, ey mənim gülərüzüm,Mənim ağlarım, ağlama.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе