– Məni evə apar,– Mən sənə qurban.– Elə bu gün apar.– Lap elə bu gün!

Çıxartdım mən onu xəstəxanadan,qanad axtarırdı o, uçmaq üçün.– Maşını asta sür... Lap aram-aram,gözüm işıqlandı... nə xoşdu külək.Mən sənə dedimmi sağalacağam,mən sənə dedimmi evə tez gedək.

Budaq yırğalanır, yarpaq əsirdi,həsrət çağlayırdı gözündə mənə.O, bir az ləngiyir, vaxt tələsirdi,Təzə görünürdü bu köhnə dünya.

Quşlara qoşulub göylərə qalxır,sonra mayak olub suda üzürdü.Yüz dəfə gördüyü ağaca baxır,yüz dəfə gördüyü yolu süzürdü.

Yad səyyah kimiydi bu doğma xilqət,nə od qızdırırdı, onu nə ocaq.Elə bil kim isə demişdi xəlvət, –yaxşı bax, əlindən dünya çıxacaq.

Ona demişdilər, mənə yox ancaqevdən ayrılmışdıq nə vaxtdan bəri.– Yaxşı bax, əlindən Sara çıxacaq, –tale gizləmişdi bu bəd xəbəri.

Baxırdı... başqaydı bu baxış fəqət,dünyaya həm alqış, həm qarğış idi,Doğmalıq, istehza, ayrılıq, həsrət, –hamısı qarışıq bir baxış idi.

Onda bəs edərdi adi bir eyham,mən indi nə deyim tale deyənə.Arada baxışdıq:– Daha yaxşıyam! –təsəlli verirdi mənə o yenə.

Gözəmi gətirdik bir-birimizi,nə bilim, biz harda, göz harda imiş?Evdə gözləyirmiş ayrılıq bizi,xoşbəxtlik evdə yox, yollarda imiş.

Yer verin mən orda yanım, qovrulum,ələnim yağışla, boranla birgə.Gərək bir saatlıq o yolu, oğlum,bir ilə gələydik –ananla birgə.

O üzük, mən evdə üzük qaşıyam,üzüksüz qaşın da qiyməti olmaz:Elə gözəl dedi:– Daha yaxşıyam...Bir sözdən aldığım yara sağalmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов