Qadınsız həyat
Bir gün səndən sonra bərk xəstələndim,canımda payızın əsən yelləri.Sənsiz mən anasız uşaq kimiydim,dünya yad qızıydı məndən ötəri.
Qızın küpə saldı, çay süzdü oğlun,gördüm o çaşıbdı, ortada qalıb.Bir qorxu hiss etdim üzündə onun,neyləsin, yanında tək ata qalıb.
Nəvən də gəlmişdi, sənə oxşayanhəyat dil açmışdı onun dilində.Qırılan düyməni tapmışdı şeytan,iynə-sap gəzirdi köynək əlində.
Baxırdım üzünə bir anlıq susub,Məni ovsunlayan doğma səsiydi.
Birinci dəfəydi ağrıya dözüb,susurdum, nazımı kim çəkəsiydi?!
Sənsiz dərk elədim mən bu dünyanı,keçdi xəstəliyim bu həsb-halla.Sənin əllərinin şəfası hanı,ayağa qalxaydım bircə sığalla.
Mənim taleyimə sərt əsdi külək,həyatın pis üzü mənə yad deyil.Qadınsız çətindi həyatı sevmək,sevgisiz həyat da bir həyat deyil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-qadinsiz-heyat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sizi düşünürəm oturub bəzən,ey mənim möhtərəm müəllimlərim.
Məhəbbət“Əlli beş ildir “Leyli və Məcnun”da tar çalıram”.*Tarzən Bəhram Mansurov*
Səliqə-sahmanQarşımda ən zəngin bir kitabxana,Hər yerdə səliqə-sahman durubdu.
LakinŞeir yazdığım gün məğrur oluram,ilham ki, xəfifcə sinəmə dolur,
Стихи других поэтов
Yaxşı dostun mən sirrini açmaram,Assalar da üç il, beş il, on beş il.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
İxtiyarlıqBu dünyanın səfasını sürmədənNə tutdun yaxamı ay ixtiyarlıq.