Nə yaxşı
Torpaqda, səmada sənin nəfəsin,bir yeni nəğmədi səhər, nə yaxşı!Quşlar budağına qonub vələsinşehi üstümüzə səpər, nə yaxşı!
Suların səsində təzə bir çalar,yüz il ömr eləsəm, yadımda qalar.Dərələr boyunca yer nəfəs alar,dumanlar meh olub əsər, nə yaxşı!
Təbiət həssasdır bir ürək kimi,yarpaqlar qızarıb çiyələk kimi.Çəməndə gül gördüm kəpənək kimi,payızda gül-gülü bəzər, nə yaxşı!
Mənim mehribanım axar, durular,kədərli vaxtımda boynunu burar.Fərəhli vaxtımda yanımda durar,sevinər nə yaxşı, gülər nə yaxşı!
Düzdür ki, həyatda yalandır ad-san,bir eşqə möhtacdır məncə hər insan.Sən bütün dünyaya dəyərsən, inan,dünya yaşamağa dəyər, nə yaxşı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-ne-yaxsi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Eşidin, dərdimi sizə söyləyim,Düşmüşəm Vətəndən aralı, dağlar!
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.