Mən sənə bağlıyam xatirələrlə,nə bilim,həyatda daha nələrlə.İztirab vermişəm sənə bir zaman,sən onu bəxşeyiş adlandırmısan.Qatmışam gecəni gündüzünü də,mən sənin mehriban, gül üzünü dəisti göz yaşınla naxışlamışam,səncə, göz yaşı da bağışlamışam?Mənim varlığımı çoxu unudub,endirmək istəyib bəzən lap heçə.Məni dahilərə bərabər tutub,sən qibtə etmisən öz ürəyincə.İnsan dahi olar insan yanında,dahi adiləşər nadan yanında.

Yaşa, məhəbbətim, yaşa, etibar!Sənə sədaqətlə öləcəyəm mən.Harda mənliyimi xırdalasalar,yanına böyüyüb gələcəyəm mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов