Yaşa
Niyə tutulubsan qurbanın olum,yaşına yaraşmır bu boyda fikir.Nəyi düşünürsən, nə olub, oğlum,əlin çənəndədi, gözün yol çəkir.
Sən əl qaldırıbsan dinməz-söyləməz,bəlkə müəllimin söz verməyibdi?Bəlkə başqasını tərifləyən kəs,sənin qiymətini düz verməyibdi?
Qızdırmaz əlini hər alışan köz,içməli deyildir hər şəffaf bulaq.Hər sözdə rəng axtar, hər rəngdə bir söz,bəli, aldanmaqdı bəzən inanmaq.Amma inamı da itirmə heç vaxt,daha dəhşətlidir, şübhəli qalmaq.
Yaşayaq, ömr edək dünyada bahəm,bizim bəxtimizə görək nə düşür?Mənli günlərinə cavabdeh mənəm,mənsizöz taleyin öhdənə düşür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-yasa
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Heyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
در بهاران سری از خاک برون آوردنخنده ای کردن و از باد خزان افسردن
Qəmi-hicrində bimarəm mən, ey dostQəmi-hicrində bimarəm mən, ey dost!Zəlilu acizu zarəm mən, ey dost!
Mürəbbə: Başına döndüyüm, ey şahi-xubanBaşına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,