Kaş
Oktay Kazımov bəstələmişdir
Kaş yenə mən deyən illər olaydı,mən oldum bir yana, illər bir yana.Nə vaxt saçlarını daradı, yaydıküləklər bir yana,əllər bir yana?
Nə vaxt ürəyimi mən sənə açdım?Əgər sən susursan, qoy illər desin.Əvvəl vaxt tapanda yanına qaçdım,sonra... səndən qaçdım, vaxtım itməsin.
Beləcə, yellərə verdim illəri,aylara, illərə verdim illəri.Mən vaxtı itirdim səndən ötəri,mən səni itirdim vaxtdan ötəri.İtirə-itirə pozuldu nəşəm,özüm itirmişəm...heç bilməmişəm.
Yaşım gör illərin harasındadı,illər məhvərindən qoparır məni.Ürəyim əvvəlki sevdasındadı,dünya qayğılara aparır məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-kas
Клавиши ← → для перехода, R — случайное стихотворение