Bir qəbir nəğməsən, dərdiş
Şair dostum Şahmar Əkbərzadə ilə“Dərdiş” rədifli şeir yazıb deyişmişdik.O vaxtdan məni dərdiş deyə çağırardı.Müəllif
Harda toyunu çaldılar,Harda düşdü yasın, dərdiş.Bir ananın balasıydın,analar ağlasın, dərdiş.
Adını daşa yazdıran,təpədə qəbir qazdıranŞairi yerə basdıranşairə nə desin, dərdiş.
Burdan boylandın Ağdama,ağlayıb dedin ağlama.Bir kitab naləydin, ammabir qəbir nəğməsən, dərdiş.
Yas ələnib Qarabağa,səni də bükdülər ağa.Bu yolda şəhid olmağasəndəmi tələsdin dərdiş.Bir el misalı qalıbdı,əlim uzalı qalıbdı.Şahmarı şahmar çalıbdı,Nəriman neyləsin, dərdiş.
Bilgəh, 31 avqust, 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-bir-qebir-negmesen-derdis
Клавиши ← → для перехода, R — случайное стихотворение