Zülmətdə işıq
Elə yadımdadı o axşam üstü,elə nisgilliyəm düzü o vaxtdan, –Bir az mürgüləyib yatmaq istədin,işığı söndürüb çıxdım otaqdan.
Təkcə ayağımın ucunda deyil,hisslərim üstündə yeridim, inan.Otaqdan-otağa keçdim, elə bilsərhədi o taya keçdim bu taydan.
Nəydi bu ehtiyat, bu keçirdiyim,Bir ağrı var idi, bu iki canda.Yanında – otaqda, vətəndə idim,vətənsiz olurdum sənsiz olanda.
Qarışıq düşmüşdü gecə-gündüzün,kaş bir də gözünü açıb baxaydın.Ərşə çəkilmişdi yuxun iki gün,o, göydə, sən yerdə – əlbəyaxaydın.
Çağırdın: işığı söndür, Nəriman,getmə, yanımda dur, yox, qaçmaz yuxum.Yenicə yatmışdın, mən sənə qurban,təzədən oyandın, peşiman oldum.
Qabaqlar deyərdin söndür işığı,bu ay aldığımız o ayı görsün.İlk dəfə deyirdin yandır işığıdaha işıq kimi sönürdün özün.
Gözüm səndə idi, səndəydi hər vaxt,dediyin ayrılıq düşdü araya.Gözümün ağı sən, qarası torpaq,gör harda bükdülər ağı qaraya!
Düzü mat qalmışam bu ülviyyətə,bu necə get-gəldi belə görəsən?Özün işıq kimi getdin zülmətə,zülmətdə işıq var, –desəm, o sənsən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-zulmetde-isiq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey bivəfa, qədir bilməz dilbərim,Şikayətim səndən bir kitab olmuş.
نم نماند از تاب خورشید رخت در خاک ماچون نگرید چون بگرید دیده نمناک ما
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır