Açılan toplara diksinməyiriz...Sabir

Bir ziyafət günü, ya bir ad günügedib cansağlığı arzulayırıq.Şüar eləmişik sağlıq sözünü, –həyatda ən şirin nemət sayırıq.

Ağır cəbhələrdə yıxılan əsgərbayrağı tapşırır yalnız birtəhər.Orda haray çəkir odlar, alovlar,orda cansağlığı arzulamırlar.

Prometey can verib od aldı bir vaxt,həyatın mənası bax, budur, – dedi.Cordano Bruno ölümdən qabaq,Kainat sonsuzdur: – hökmünü verdi.

Kimsə Prometey oldu, yaşadı,kimsə tonqallarda yandı, yaşadı.Kimsə adi əsgər oldu, dünyada,kimsə yaşasa da... öldü dünyada.

Mənə cansağlığı diləməyin, yox,həyatda “ən şirin nemət” o deyil.Dünyada doxsan il, yüz il yaşamaq,necə? Cürətdimi? Cürət o deyil...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов