Hansı qapıdan girdim,divarda qoç Koroğlu,yanında Qaçaq Nəbi.Hansı türkdən soruşdum,zindanda yatıb, – dedi.

– Nadir şah kim olub?– Türk.– Fətəli şah?– O da türk.– Şah İsmayıl, şah Abbas,Nəsrəddin şah, ya Qacar? –bütün bu sülalələr?Türkdü, türkdü, – dedilər.

– Türklər kimdi?– Müsəlman.– Farslar kimdi?– Müsəlman.– İran kimindi, İran?– İran, fəqət farsların.Dünyaya boylan, yazıq,içindən bu hasarın.

1993, Tehran

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов