Yaşamaq öyrədir təbiət bizə
Badam çiçəkləri, nə zərifsiniz,elə bil hər budaq bir ağ işıqdı.Burda səma işıq, torpaq işıqdı,soyuqdan bir azca göyəribsiniz.Martın şaxtasında, boranda, qardasiz necə qaldınız, o budaqlarda?Necə qopmadınız, ya düşmədiniz,necə donmadınız, üşümədiniz?!Həyatda pisliyi gördünüz... fəqət,sizin çiçək qaldı yenə adınız.Zəriflik dözümmüş, bir də dəyanət,kobud olsaydınız, məhv olardınız.Bəlkə də dünyanın mənası budurzəriflik, kobudluq gəlir üz-üzə.Zəriflik yaşayır, kobudluq ölür, –yaşamaq öyrədir təbiət bizə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-yasamaq-oyredir-tebiet-bize
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Günəş batırdı Kürdə,Durmuşdum sahildə mən.
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
DüşmüşəmBilin, dostlar, çarəsizdir dərdlərim,Qəm içində ahü zara düşmüşəm.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,