Görüşmüşdük ikimiz,ələ düşmüşdü məqam.Tamaşaya baxırdıqteatrda o axşam.

Oturmuşduq ikimizbir sırada dal-qabaq.Guya sən məndən ayrı,guya mən səndən uzaq.

Beləcə başlamışdısakit,səssiz-səmirsiz;bizim öz tamaşamıztamaşadan xəbərsiz.

Mənə də pay düşürdüalqışlardan, sənə də.Biz – zalda oynayırdıq,artistlərsə səhnədə.

İşıqda oynayırdıamma səhnədəkilər.Biz – işıqlar sönəndən,bir də yanana qədər.

Səhnədə qəhrəmanınqəsdi xəyanət idi.Bizim tamaşamızınjanrı – məhəbbət idi.

Dünya qəmsiz-kədərsiz!Artistləri biz idikteatrın o axşam,teatrdan xəbərsiz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов