Həmin sinifdə
Nazim içdi çayını,yedi qoğal payını.Bir o oldu, bir də mən,özüm tutdum əlindən.Çantasını götürdüm,məktəbəcən ötürdüm.Daha ikinci sinfəgedirdi o bu dəfə,Əlində təzə çiçək,təzə bant, təzə köynək.
Tamam oldu saat bir,gördük ki, Nazim gəlir,Gəldi... bir söz demədi,Nazim çörək yemədi.
Qucaqladı atası.– Nə olubdu, qadası?Köyrəldi o bu sözdən:– Sinifdə qalmışam mən.Xəbər pis xəbər oldu,hamı birtəhər oldu.– Bütün sinif qalıbdı,hamı “iki” alıbdı,– Hamı sinifdə qalmaz,Nazim, belə şey olmaz.– Axı, həmin sinifdədərs keçdik bu dəfə də?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-hemin-sinifde
Клавиши ← → для перехода, R — случайное стихотворение