Okean sahilində,Bombeydə, bir görüşdə,sadəcə,hind dilindəsoruşdu tərcüməçi, –Hansı dildə danışaq?– İngiliscə – dedilər.– Yox, hind dilində, ancaq!

Bir salonda elə biliki bölündü vətən,hakim, müstəmləkəçibaş qaldırdı yenidən.Nə ingilis var idi,nə ingilisin xəbəri, –Salonda Hindistanıningilispərəstləri.

– İngiliscə! – deyirditəkid ilə üç nəfər, –“mədəni” yamsılayıbvə “mədəni” geyənlər,(mən orda xariciydim) –özünü xariciyəgöstərmək istəyənlər.

Bir an nə səmir, nə səs,gözlərdə şübhə, qərəz.Nehrunun siluetiağsaçlı İndiranınqərəzsiz portreti.“Cənab 420”Rac Kapurun nəğməsi,nəğmə dedim, naləsi!Mən cavab gözləmədim,Mən Vurğunun dilindəqalxıb bir şeir dedim.Mən bir az iztehzalı,bir az qəzəbli, gülər, –dediyimi səsimdənyəqin başa düşdülər.

Çiçək bağışladılar,yerdən alqışladılar.Birləşdi ayrılanlaryatanlar,ayılanlar.Şerimin ünvanınaqoy olsun daş atanlar.Minlərə, milyonlaraqoşulduq iki nəfər.İki nəfər çox olduHindistandahindlilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов