Xarici turistlər... qəşəng qadınlarbəli, okeanın o tərəfindən!Məhəbbət, əyləncə axtarır onlarya burda Hindistan, ya orda vətən!

Biri asılıbdı fil xortumundan,birinin boynuna sarılıb ilan.Biri mavisaçdı, biri sarısaç,birinin bərq vurur sinəsində xaç!

Toxdular, aclara baxıb gülürlər,gülüşün zərbəsi arxadan imiş.Tulalar fillərə qorxub hürürlər,tula cəsarəti qorxudan imiş.

Ədayla danışıb, asta dinirlər,(görən nə deyirlər dodaqlar altda!)Tulalar yerimir, diyirlənirlərfutbol topu kimiayaqlar altda.

Xanımlar bilmirəm nə niyyətdədi,bayaqdan ürəyim od tutub yanır,Tulalar xarici səyahətdədi,fillər vətənində əsir saxlanır.

Əyilib tulaya xanım dil verir,fillərin üstünə o, hürsün deyə.Tulalar sonradan şəkil çəkdirir,fillərin yanında görünsün deyə.

Dağ kimi durmuşdu meydanda fillər,bu da təbiətin möcüzəsiydi.Tulalar fillərlə əylənirdilər,bu da cəmiyyətin möcüzəsiydi.

Dehli

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов