Bir addım var arada,amma əsl möcüzə.İki dünya dayanıbbir dünyada üz-üzə.

Hasarın bu tayındaəsas şərtdi sağlığın.Hasarın o tayındaad, şöhrət üstə qırğın!

Orda ölüncə çalış,burda çalış ki, yaşa.Orda fəlsəfi dünya,burda da son tamaşa!

Burda şair görürəm,danışır həkim kimi.Həkimin dərmanı yox,gəzir müttəhim kimi.

Hasar azadlığı var,əslində mavi qəfəs.Azadlıq istəyirdim,gördüm bir şeyə dəyməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов