Yay gecəsi
Axşam oldu, gün batdı, şamlar yandı,Ta səhərdən axşamacan durmadan.Gün altında tər tökərək çalışan,Əkinçilər, biçinçilər uzandı.Yorğun-arğın hərə bir yanda yatır.
Hər şey sakit, hər yer səssiz-səmirsiz,Ancaq hünü, milçəklərin vız-vızı,Bu sükutu pozur... Əkinçi qızı.Uykuda bürküdən, milçəkdən girsiz,Qollarını bu yan, o yana atır.
Var bu kənddə yenə elə yoxsullar,Nə cütü var, nə kotanı, nə kəli.Ölmək istər, yetişməyir əcəli,Allahpayı dilər, ağlar, zoqquldar.Axşamacan xırmanları dolaşır.
Ey insanlar, fərz deyilmi, bizlərə,Rəhm eyləmək, əl tutmaq acizlərə?Onların da var buz kimi ürəyi,Bir arzusu, bir eşqi, bir diləyi.Onlar sizdən daha artıq çalışır,Yaşamaqçın hər zəhmətə alışır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-yay-gecesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dersəm mən əgər süxən zəmani –Kim, mərifətin rəvacı yoxdur.
Aləmi-islamaDinlə əlhanını sınıq sazımın,Millətə qəlbən ağlayan bacıdır.
Ölü şəhərKim baxarsa haçaq bizim şəhərə,Bir məzarlıq kimi gələr nəzərə.
Yadındamıdır?Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım,Ey idulim, ey idyalım, ey sevgili yarım,